news Image
2012.10.02
18:40
| A A A
Qadın fotoşəkillərinə senzura şoku!
Movqe.Az bildirir ki, Dünyada tanınan məşhur mebel firmasının Səudiyyə Ərəbistanda payladığı kataloqlardan qadınların şəkillərini silməsi böyük reaksiyaya səbəb olub. İsveçin mebel və dekorasiya şirkəti "IKEA", Səudiyyə Ərəbistanda payladığı kataloqlarından qadın fotoşəkillərini silib. Firma, bundan əvvəl 38 ölkədə payladığı təxminən 200 milyon kataloqda yerli moda və fikirlərə görə kiçik dəyişikliklər edildiyini açıqlayıb. Ancaq bu il kataloqlara mədəni standartların da təsir etdiyi aydın olub. Kataloqlardakı fərqi görən digər ölkələr bu məsələyə reaksiya verib və firma üzr istəmək məcburiyyətində qalıb. Açıqlamada "Şirkət qrupunun dəyərləri ilə uyğunlaşmayan şəkildə Səudiyyə Ərəbistan versiyasında kataloqlardan qadınların yox edilməsinə icazə verməməliydik" deyilib.