Son hücumlarda 206 nəfər həlak olub
Movqe.Az bildirir ki, Əsəd gücləri paytaxt
Şama bomba yağdırıb. Aralarında Hələb və Xumusun da olduğu çox
sayda şəhərdə rəhbərlik əleyhdarlarına atəş açılıb.Əsəd güclərinin
hücumlarda kassetli döyüş sursatından da istifadə etdikləri
bildirilib. Mərkəzi Amerika Birləşmiş Ştatlarında olan İnsan
Haqqları İzləmə Təşkilatı, Əsəd güclərinin kassetli döyüş
sursatından istifadə etdiyinə dair dəlillər olduğu xəbərini verib.
Müxaliflərin İdlib, Hələb və Xumusda çəkərək internetə yüklədiyi
şəkillərdə də kassetli döyüş sursatının qalıqları göstərilir. Digər
tərəfdən Azad Suriya Ordusu, Hələbdə rus istehsalı bir döyüş
təyyarəsini məğlub edib. İnternetə yüklənən videolarda vurulan
təyyarə sürətlə düşür və yerə çarparaq alov topuna dönür. "Mig"
tipli təyyarənin paraşütlə enən iki pilotunun muxaliflər tərəfindən
əsir alındığı bildirilib.
Xatırladaq ki, digər tərəfdən Suriya böhranının həlli ilə bağlı beynəlxalq səylər də davam edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının və Ərəb Birliyinin Suriyadakı xüsusi nümayəndəsi Əl-Ahdar əl-İbrahimi, qurban bayramında atəşkəs üçün İrandan dəstək istəyib. Bu ölkədəki səfərindən sonra İraqa gedən İbrahimi, Baş nazir Nuri Maliki ilə görüşüb.