Əlaqə Arxiv
news Image
2012.10.23
16:11
| A A A
İki təyyarə havada toqquşub
Movqe.Az bildirir ki, Hollandiyanın Dronten qəsəbəsi yaxınlarında, iki "Cessna" tipli təyyarə havada toqquşaraq yerə düşüb. Dronten bələdiyyəsindən verilən məlumata görə, toqquşan təyyarələrdən birində 2 adamın həlak olub, digərində isə 2 nəfər ağır yaralanıb. Yaralılar təcili yardım vertolyot ilə Amsterdam VU Araşdırma Tibb Mərkəzi ilə Zuolledəki bir xəstəxanada müalicə altına alınıb​​. Düşən təyyarələrin yaşayış yerlərinə zərər vermədiyi qeyd edilib. Hadisəyə şahid olan Dahne Zijtveld, "Təyyarələr yerdən 100 metr yuxarıda bir-birlərinə çox yaxın uçurdular. Toqquşaraq böyük bir səs-küy ilə tarlaya düşdülər. Həqiqətən qorxunc bir hadisə idi." deyib. Dronten polisi hadisə ilə əlaqədar istintaq açıldığını bildirib.
Sizin Reklam Yeriniz