Əlaqə Arxiv
news Image
2012.11.14
18:41
| A A A
Nazirlər uşaqların suallarına cavab tapmadılar
Movqe.az xəbər verir ki, bu gün sona çatan Çin Kommunist Partiyasının (ÇKP) 18-ci Milli Konqresində təşkil edilən bir mətbuat konfransında söz alan 11 yaşlı jurnalist Janq Jiahe Çinli nazirə verdiyi sualla gündəmə gəlib. Janq artan mənzil qiymətləri və bunun "oyuncaqlar daxil" bəzi istehlak maddələri qiymətlərinə mənfi təsir göstərməsilə əlaqədar  nazirə bir sual verib. Daha sonra qida təhlükəsizliyi mövzusuna əl atan gənc Janq sualları ilə ÇKP səlahiyyətlilərini "tərlədib". Bir həftə davam edən Konqres sonunda bu gün yekun mərasim keçiriləcək. Sabah isə on illik müddətdə dövlətin zirvə görüşünü təşkil edəcək adlar mətbuat qarşısına çıxacaq. Dövlət Başçısı Hu Kintaonun vəzifəsini Şi Kinpinqə təhvil verməsi gözlənilir.
Sizin Reklam Yeriniz