Qlobal istiləşmə dayanıb?
Movqe.az xəbər verir ki, İngilis
Meteorologiya Təşkilatı qlobal istiləşmə prosesinin 16 il əvvəl
dayandığını desə də, bunun əksini müdafiə edənlər də olub.
Təşkilatın ötən həftə yayımladığı uzun müddətli istilik
qeydlərinə görə, 1980-1996 arasında olan sürətli istiləşmə 1997-ci
ildən sonra dayanıb. İngilis meteoroloqlarının hazırladığı qrafikdə
son 16 ildir xüsusilə nəzərə çarpan bir artımın olmadığı görülüb.
Hətta 2012-ci ilin ilk səkkiz ayının əvvəlki illərə görə diqqətə
çarpacaq şəkildə soyuq olduğu qeyd olunub. İngilis
Meteorologiya Təşkilatının hesabatını qiymətləndirən müstəqil
metroloqlar isə, şərhləri aldadıcı tapıb. East Anglia
Universitetinin professoru Fil Cons 16 illik dövrün iqlim
məlumatları çərçivəsində bu məsələni qiymətləndirmək üçün çox qısa
bir müddət olduğunu irəli sürüb..