news Image
2012.11.20
15:40
| A A A
Dünya Bankından xəbərdarlıq
Movqe.Az bildirir ki, "Əsrin sonuna qədər dünya 4 dərəcə daha istilənəcək.", qlobal istiləşməylə əlaqədar son xəbərdarlıq Dünya Bankından gəlib. İqlim dəyişikliyinin çatdığı ölçülərə diqqət etməyə çalışan Dünya Bankı, hazırladığı hesabatda istiləşmənin dağıdıcı təsirlərinin yoxsullara ziyan vurduğunu bildirib. Həyəcan siqnalı çalaraq bu çağırışı edən Dünya Bankının başçısı Cim Yonq Kim, iqlim dəyişikliyi ilə mübarizədə daha sərt tədbirlər görülməsini istəyib. Dünya Bankı hazırladığı hesabatda istiliyin 2100-cü ildə 4 dərəcə artacağı xəbərini bildirib. Bu da, susuzluq və quraqlığın artacağını, əkinçiliyin ağır zərbə alacağını, qlobal qida böhranının baş verməsi ilə dəniz səviyyəsinin 90 santimetr yüksəlməsi və sahil ərazilərin su altında qalacağını göstərir. Aralıq dənizi hövzəsində orta temperaturun 9 dərəcə artaraq bölgənin Liviya çölü vəziyyətinə gələcəyi vurğulanır. Mütəxəssislərə görə qlobal istiləşmənin qarşısını almaq üçün qalıq yanacaqlara söykənən istehsaldan və istehlak vərdişlərinin dəyişməsindən asılıdır.