Teleaparıcı Azərin villasında oğurluq: Unitaza kimi aparıblar... (VİDEO)
Tanınmış teleaparıcı Azər İsmayılov (Zahid) Mərdəkan Buzovna yolunun üstündə tikdirdiyi villasında oğurluq hadisəsi baş verib.
Mövqe.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Azər İsmayılov özü məlumat verib. Aparıcı iddia edib ki, evində oğurluq edən şəxslər onu tanıyan adamlardır: “Oğurluq burda işləyən adamlar və ya da bura gəlib-gedən şəxslər tərəfindən törədilib. Mənzildən elektrik avadanlıqları, unitaz və digər əşyalar oğurlanıb”.