Bərdədə körpə su quyusuna düşərək öldü
Bərdə rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Çələbilər kəndində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 2017-ci il təvəllüdlü Səlimzadə Xaliq Şəmistan oğlu su quyusuna düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.