Əlaqə Arxiv
news Image
2020.04.21
19:00
| A A A
ÜST ən dəqiq qaynağı açıqladı
Çinin Uhan şəhərində ortaya çıxan və dünyanı sarsıdan koronavirusun qaynağına dair mübahisələr Çinlə ABŞ arasında gərginliyə səbəb olmuşdu. Çini virusla bağlı bilgiləri gizləməkdə ittiham edən ABŞ Uhandakı virologiya laboratoriyasını hədəf göstərmişdi. "Vaşinqton Post" 2018-ci ildə amerikalı heyətin Uhandakı laboratoriyanı gəzərək Çinə təhlükəsizlik mövzusunda xəbərdarlıq etdiyini, CNN isə ABŞ kəşfiyyatının laboratoriyanı analiz etdiyin yazmışdı. Mövqe.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun qaynağına dair ən dəqiq açıqlamanı yayıb. Təşkilat virusun qaynağına dair bütün dəlillərin bir heyvandan insana keçdiyini göstərdiyini, insan əli ilə laboratoriyada hazırlandığı və ya dəyişdirildiyi bilgilərinin əsassız olduğunu açıqlayıb. Laboratoriyada çəkilən görüntülər silinib Çin rəsmi informasiya agentliyi "China Daily" 2018-ci ildə Uhandakı laboratoriyada aralarında koronavirusun da olduğu 1500 müxtəlif infeksiyanın saxlandığı soyuducuların fotosunu tvitterdə paylaşılıb, daha sonra silib. İngiltərə mediasının iddialarına görə, soyuduculardan birinin qapısı qırıq olub. Bundan başqa, ABŞ və İngiltərənin elm adamları 17 martda "Nature Medicine" dərgisində yayımladıqları məqalədə Kovid-19-un DNT ardıcıllığında virusun insan hüceyrələrinə yapışmasını təmin edən reseptor proteinlərdə təbii seçmə izləri olduğuna diqqət çəkilib və virusun laboratoriya şəraitində hazırlanmasının mümkün olmadığı bildirilib.
Sizin Reklam Yeriniz