Əlaqə Arxiv
news Image
2020.08.31
12:23
| A A A
Metro fəaliyyətini sentyabrın 15-dən əvvəl də bərpa edə bilər - RƏSMİ
Bakı metropoliteninin fəaliyyətini bərpa etməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır. Bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə,Qərargahın qəbul etdiyi qərara görə, Bakı metropoliteninin stansiyaları fəaliyyətini sentyabrın 15-dək dayandırıb: "Stansiyaların sərnişin qəbul edəcəyi gün Qərargahın qərarından asılıdır. Stansiyalar sentyabrın 15-i də açıla bilər, hətta həmin vaxtdan əvvəl də. Bu isə ölkədəki epidemiologi vəziyyətdən asılıdır. Əgər vəziyyət tam normallaşarsa, stnasiyalar fəaliyyətini sentyabrın 15-dən əvvəl də açıla bilər. Hələ ki, bu barədə bizə heç bir göstəriş verilməyib. Amma buna baxmayaraq metro stansiyaları fəaliyyətini bərpa etməyə hazırlıqlı vəziyyətdədir".
Sizin Reklam Yeriniz