Ermənistanın Su-25 təyyarəsi vurulub? - Rəsmi açıqlama
Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.
Bu barədə Mövqe.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.