Əlaqə Arxiv
news Image
2020.10.23
11:30
| A A A
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Dünyada son sutkada yeni növ koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 423 819 nəfər yeni koronavirusa yoluxub, 6 424 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 41 104 946, ölənlərin isə 1 128 325 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Sizin Reklam Yeriniz