Əlaqə Arxiv
news Image
2020.10.23
13:17
| A A A
Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
Azərbaycanda epidemioloji durum pisləşərsə, koronavirusla əlaqədar yeni lokal qapanmaların olması ilə bağlı qərarlar verilə bilər. Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, lokal qapanmalar koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərdən biridir: "Lokal qapanmaya o vaxt gedilir ki, hansısa bir ərazidə yaşayan inasanlar arasında infeksiyaya yoluxma halları digər ərazilərdən əhəmiyyətli dərəcədə çox olur. Bu, həmin ərazi üçün görülən vacib tədbirlərdən biridir. Əgər bu kimi tədbirlər effektiv olmazsa, daha sərt tədbirlərə başlanıla bilər. Belə addımlar atılmırsa, deməli mövcud vəziyyət nəzarətolunandır". Baş infeksionist əlavə edib ki, mütəxəssislər tərəfindən epidemioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Lakin əvvəlcədən hansı qərarın və hansı bölgə üzrə veriləcəyini proqnazlaşdırmaq çətindir.
Sizin Reklam Yeriniz