Əlaqə Arxiv
news Image
2021.01.11
14:54
| A A A
Nazirin anası saxta əlillik sənədi alıb? - Açıqlama

Nailə Babayeva 25 ildir ki, ağır şəkərli diabet - insulin xəstəsi olmaqla həmçinin ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir. Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə 6 stend qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı aparılıb. Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.

Mövqe.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin anası Nailə Babayevanın saxta yolla əlillik sənədi alması barədə yayılan xəbərlərə münasibət bildirən nazirliyin mətbuat katibi Fazil Talıbov qeyd edib.

F.Talıbov sosial şəbəkələrin verdiyi imkanlardan bəzilərinin qarayaxma kampaniyası aparmaq üçün istifadə etməsindən təəssüfünü də bildirib.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə nazir Sahil Babayevin anası Nailə Babayevaya saxta yolla əlillik sənədi verildiyi iddia edilir və sənədin foto-skrini paylaşılır.

Sizin Reklam Yeriniz