Əlaqə Arxiv
news Image
2021.01.25
16:35
| A A A
Etiraz edən şəhid anaları nazirlikdə qəbul edildi - Açıqlama

Bu gün övladlarının Şəhidlər Xiyabanında dəfn edilməməsinə görə etiraz aksiyası keçirən analar Müdafiə Nazirliyində qəbul edilib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib.

“Bu gün şəhid ailələrinin üzvləri Müdafiə Nazirliyində qəbul olunub və müraciətləri dinlənilib”, - o bildirib.

Qeyd edək ki, bir neçə saat əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında bir neçə şəhid anası yolu bağlayaraq, etiraz aksiyası keçirib. Onlar müharibə zamanı şəhid olmuş övladlarının Şəhidlər Xiyabanında dəfn olunmamasından şikayət ediblər.

Sizin Reklam Yeriniz