Əlaqə Arxiv
news Image
2021.02.18
14:19
| A A A
Masallı RİH-də yeni təyin olunan şöbə müdiri kimdir?

Qəşəm Hamil oğlu Hadıyev Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

Qeyd etmək istəyirik ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub.

1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində orta təıhsil almış, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakultəsini bakalavr dərəcəsi üzrə bitirmişdir.

2001-2003-cü illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur.
    Əmək fəaliyyətinə 2007-ci ildə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatında təlimatçı kimi başlamışdır.

Sonra qısa müddətə Masallı Telekommunikasiya Qovşağında texniki şöbənin rəisi kimi işləmiş və yenidən 2014-cü ilədək Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatında aparat rəhbəri vəzifəsində çalışmışdır.

2014-cü ildən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamələrtində gedən döyüşlərdə sücaətlə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş və baş leytenant hərbi rütbəsi verilmişdir.

Qəşəm Hamil oğlu Hadıyev Masallı Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 15 fevral 2021-ci il tarixli Əmri ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir. 3 övladı var.

Hörmətli Qəşəm müəllimi təbrik edir, məsul və çətin işində uğurlar diləyir, ona ailə səadəti arzu edirik.
Qəşəm müəllim məsuliyyətli və tələbkar insandır...
Əlihüseyn ŞÜKÜROV.

Sizin Reklam Yeriniz