Əlaqə Arxiv
news Image
2021.02.22
20:19
| A A A
Ötən il Bakıda çatışmayan yol nişanlarından 3162 ədədi quraşdırılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, ötən il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 3100 yol nişanı, 465 məlumatverici göstərici lövhə, 9998 siqnal dirəyi, 1220 üçbucaq tipli bayraq, 9920 poqonmetr əyrixətli tirlər quraşdırılıb və bərpa edilmiş 651,7 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib. 2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə paytaxtda çatışmayan yol nişanlarından 3162 ədədi quraşdırılıb.

Sizin Reklam Yeriniz