Əlaqə Arxiv
news Image
2021.02.23
17:43
| A A A
Vətən müharibəsinin ilk günlərindən...


Masallı rayonunun Ərkivan qəsəbəsindən olan şəhid əsgər Sənan Seyfullayev

Masallıdan Movqe.az saytına daxil olan məlumatda bildirirlir ki, Sənan Mətləb oğlu Seyfullayev 29 sentyabr 1998-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 

2004-cü ildə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub, 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirib.

Sonra çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 

Azərbaycan Ordusunun əsgəri Sənan Mətləb oğlu Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinin ilk günlərində digər qəhrəman oğullarımız kimi Vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq cəbəyə yollanmışdı.

O, cəbhənin Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə  iştirak edib. Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Subay idi…

Əlihüseyn ŞÜKÜROV
--

Sizin Reklam Yeriniz