Əlaqə Arxiv
news Image
2021.03.14
13:45
| A A A
Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib - Avropa Komissiyası rəhbərinin müavini

 

Avropa İttifaqının (Aİ) koronavirusa qarşı vaksinasiya strategiyası çərçivəsində peyvəndlərin sifarişi məsələsində səhvlərə yol verilib.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu "Tagesspiegel AM Sonntag" qəzetinə müsahibəsi zamanı Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans deyib.

F.Timmermans bildirib: "Doğrudur ki, həm Brüssel, həm də üzv dövlətlər tərəfindən peyvəndlərin sifarişində səhvlərə yol verilib. Lakin tələsmək lazım deyil. Pandemiya bitəndən sonra nəyin səhv və nəyin düzgün edildiyini görə biləcəyik".

Onun sözlərinə görə, peyvəndlərin birgə sifarişi doğru addım idi, lakin bu razılaşma daha çox Almaniya kimi zəngin ölkələrin maraqlarına cavab verirdi.

Sizin Reklam Yeriniz