Əlaqə Arxiv
news Image
2021.04.08
13:40
| A A A
Hesablama Palatasının sədri: 2020-ci il ölkəmiz üçün ən əlamətdar illərdən biri olub

2020-ci il ölkəmiz üçün ən əlamətdar və uğurlu illərdən biri olub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin edib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, dövlət strategiyasının uğurla reallaşdırdığı Qələbədir. Vətən müharibəsində işğalçı Ermənistanın döyüş zonasından kənarda yerləşən əraziləri, mülki əhalini hədəfə alaraq qadağan olunmuş silahlardan istifadə edib. Hesablama Palatası olaraq beynəlxalq təşkilatlara bununla bağlı mövqeyimizi bildirmişik.

Koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətlərin Hesablama Palatasının da işinə təsirsiz ötüşmədiyini deyən V.Gülməmmədov diqqətə çatdırıb ki, bu müddətdə Palata fəaliyyətini Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalara uyğun şəkildə qurub.

Sizin Reklam Yeriniz