Əlaqə Arxiv
news Image
2021.04.09
10:25
| A A A
Alimlər Füzuli rayonunun iqtisadi potensialını araşdırırlar

 

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri c.ü.f.d., dos. Zaur İmrani, böyük elmi işçi, c.ü.f.d. Natavan Cəfərova AR Silahlı Qüvvələri Hərbi Akademiyasının professorları Elşən Həşimov və Azad Bayramovla birgə tədqiqat işi aparmışlar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildirilib ki, məqsəd AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “CİS texnologiyasından istifadə etməklə cəbhə zonasında yaşayan əhalinin vurulma təhlükəsi dərəcəsinin və onun sosial-iqtisadi vəziyyətə təsirinin qiymətləndirilməsi” adlı qrant layihəsi çərçivəsində aparılan tədqiqatın məqsədi Füzuli rayonunun iqtisadi potensialını araşdırmaqdır.

Alimlər Azersky kosmik şəkillərin istifadəsi ilə Füzuli rayonunun işğal altında olmamış və işğaldan azad edilmiş ərazilərinin müqayisəli təhlilini apararaq müxtəlif miqyaslı xəritələr tərtib etmişlər. Əldə olunmuş məlumatlara əsasən, ArcMap proqramından istifadə edilməklə yaşayış məntəqələrinin (dağıdılmış yaşayış məntəqələri də daxil olmaqla) xəritəsi tərtib olunmuşdur. Eyni zamanda, çaylar, kanallar, su anbarları, bəndlər, magistral və torpaq avtomobil yolları da xəritə üzərinə koordinat sisteminə uyğun olaraq köçürülmüş və elektron hala gətirilmişdir. Bu da rayonun sosial-iqtisadi vəziyyətini tədqiq etməyə, potensial imkanlarının müəyyən edilməsinə köməklik göstərmişdir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, rayonda əhali məşğullunda xüsusi rolu olan kənd təsərrüfatı sahələrinin: taxılçıllıq, üzümçülük, pambıqçılıq və heyvandarlığın, eləcə də onların emalına əsaslanan aqrar sənaye müəssisələrinin yaradılması üçün potensial imkanlar vardır. Aqrar sənaye müəssisələri ilə yanaşı, rayon ərazisində arxeoloji və etnoqrafik turizmi də inkişaf etdirmək, onların bazasında yerli turizm marşrutları yaratmaq mümkündür. Lakin onların bir çoxunun erməni vandalları tərəfindən dağıdıldığı üçün bərpasına ehtiyac vardır.

Hazırda rayon ərazisində elmi-tədqiqat işləri davam etdirilir.

Sizin Reklam Yeriniz