Əlaqə Arxiv
news Image
2021.04.19
17:00
| A A A
“Hürriyyət” qəzeti üzr istəyərək təkzib verib - məhkəmə hakimiyyəti orqanının qətnaməsi icra edilib

"Bakı Metropoliteni" QSC-dən Movqe.az-a daxil olan məlumatda bildirilir:

“Hürriyyət” qəzeti 1-3 fevral 2020-ci ilin №11 (2983) və 4-5 fevral 2020-ci ilin №12 (2984) buraxılışlarında "Bakı Metropoliteni" QSC barəsində həqiqətə uyğun olmayan məqalələr çap etdiyindən, Cəmiyyətin işgüzar nüfuzunun müdafiə edilməsi məqsədilə sözügedən nəşrin baş redaktoruna qarşı məhkəmədə iddia qaldırılmışdı.

Məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə “Hürriyyət” qəzetinin 13-14 aprel 2021-ci il tarixli 39 saylı buraxılışında işgüzar nüfuza ciddi xələl gətirən həqiqətə uyğun olmayan məlumatların yer aldığı məqalələrə görə, müəyyən edilmiş qaydada, təkzib yerləşdirilməklə “Bakı Metropoliteni” QSC-dən üzr istənilib.

Təkzibin mətnini nəzərinizə çatdırırıq:

- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Hürriyyət”qəzetini məhkəməyə verdiyi haqda oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, iddiaçı tərəf “Hürriyyət”in 1-3 fevral 2020-ci il və 4-5 fevral 2020-ci il saylarında dərc olunan “Zaur Hüseynov “Bakı metropoliteni”ni məhvə aparır” və “Bakı metropoliteninin işçiləri “həyəcan təbili”çalır” başlıqlı məqalələrə etiraz edərək, həmin yazılarda qeyd olunan faktların təkzib olunması və “mənəvi zərər”in qarşılığı olaraq 50 min manat təzminat ödənilməsini tələb edir.

Məlumat üçün bildirək ki, “Bakı Metropoliteni” QSC-nin işdən qanunsuz olaraq çıxarıldıqlarını iddia edən əməkdaşlarının redaksiyamıza müraciəti əsasında hazırlanan həmin yazılarla bağlı “Hürriyyət”in 18-19 fevral tarixli sayında qarşı tərəfin məktubunu olduğu kimi dərc etsək də, görünür, bu qurumun rəhbərliyini qane etməyib. Bu baxımdan, “Bakı Metropoliteni” QSC “Hürriyyət”qəzetini məhkəməyə verməyi məqbul hesab edib.

Məhkəmə prosesinin davam etdiyi 1 ilə yaxın müddət ərzində şikayətçilərin redaksiyamıza təqdim etdiyi faktları təsdiq etmək mümkün olmadığından, hər iki yazıda deyilənləri təkzib edir və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyindən üzr istəyirik.

“Bakı Metropoliteni” QSC bir daha ictimaiyyətə, o cümlədən kütləvi informasiya vasitələrinə daim açıq olduğunu bəyan edir. Paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində özünəməxsus çəkisi olan Bakı metropoliteni haqqında məlumatların dəqiqləşdirilmədən və “Bakı Metropoliteni” QSC-nin münasibəti öyrənilmədən yayılaraq sərnişinlər arasında əsassız narahatlıq yaradılmamasını, həmçinin müəssisənin zəhmətkeş kollektivinin və rəhbərliyinin əməyinə səbəbsiz kölgə salınmasına və nüfuzuna xələl gətirilməsinə yol verməməyi xahiş edir.

Sizin Reklam Yeriniz