Əlaqə Arxiv
news Image
2021.04.28
10:05
| A A A
Estoniyaya gələn turistlər səfər marşrutlarına dair açıqlama verəcəklər

Mayın 1-dən etibarən Estoniyanın mobil operatorları ölkəyə gələn bütün şəxsləri səfər marşrutlarına dair açıqlama vermələri üçün məlumatlandıracaqlar.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, “Elisa“, “Tele2“ və “Telia“ mobil operatorlarına aid olan müvafiq sərəncam Estoniyanın Səhiyyə Departamentinin baş direktoru Yullar Lanno tərəfindən imzalanıb.

Bildirilib ki, sərəncama əsasən mobil xidmət təminatçıları ölkə xaricindən Estoniyaya gələn müştərilərinə və ya rouminq istifadəçisi olan əcnəbi vətəndaşlara səfərlərinə dair məlumat vermələri üçün SMS göndərəcəklər.

Qeyd edilib ki, sərhədi keçənlərin telefonlarına üç dildə mesajlar göndəriləcək. Mesajların məzmununda COVID-19 pandemiyası səbəbindən səfərlərə dair məlumatların təqdim edilməli olduğu qeyd edilir”.

Sizin Reklam Yeriniz