Əlaqə Arxiv
news Image
2021.05.27
20:14
| A A A
Daha bir qurumda İctimai Şuraya seçkilər başa çatıb

27 may  2021-ci il tarixində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib. Seçki prosesi  “Azərsu” ASC-nin facebook səhifəsi vasitəsilə canlı yayımlanıb.

Movqe.az-a bildirilib ki, “Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə  vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən biri seçkidən əvvəl namizədliyini geri götürüb. 25 may 2021-ci il tarixində keçirilən ilkin seçkilərdə  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri  Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50 faizdən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü seçiliblər. Digər 9 üzvün seçilməsi üçün təkrar seçkilərin keçirilməsi qərara alınıb.

Təkrar səsvermədə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 49 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 48 bülleten etibarlı hesab edilib. Beləliklə, təkrar səsvermədə  vətəndaş cəmiyyəti institutlarının 9 təmsilçisi sadə səs çoxluğu ilə İctimai Şuraya üzv seçilibl.

“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri:

Abbasov Rövşən Xanış oğlu                  “Sağlam Həyata Doğru” Ekoloji İB
Cəfərova Mətanət Əsgər qızı                 “Əsgər Ailələrinə Dəstək” İB
Hüseynov  Eyyub Mahmud oğlu             “Azad İstehlakçılar” İB    
İbrahimli Qorxmaz Əbülfəz oğlu              "Biosfer” İB
İmanova Aytən Rüfət qızı                        “Beynəlxalq Hidroloji Proqram” İB
Qəribov Tələt Yusif oğlu                          “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
Mikayılova Xədicə Hacı qızı                    “Əlillər Cəmiyyəti” İB
Şahverdiyev Cavid Nadir oğlu                 “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB

Vəliyev MirzəMəmməd Ağamurad oğlu   "Əlil Sahibkarlar" Təşkilatı İB
Yusubova Qəmzə Xanlar qızı                  “Ekoloji Maarifçilik və Monitorinq” İB
Zeyni Rauf Xurşud oğlu                           Milli QHT Forumu

Sizin Reklam Yeriniz