Televiziya və internet portalların işçilərinə də evlər veriləcək (VİDEO)
Jurnalistin ən azı fasiləsiz 10 il əmək stajı, 3 il isə eyni iş yerində fasiləsiz əmək stajı olmalıdır
Mətbuat işçilərinə dövlət tərəfindən mənzillərin verilməsi məsələsi
gündəmdən düşmür. Əsas sual bu evlərin kimlərə, hansı kriteriyalar
əsasında verilməsidir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına
tikilmiş və jurnalistlərə paylanacaq evlər yalnız çap mediasında
çalışanlara verilməyəcək. Binanın tikilməsi və evlərin paylanması
ilə bağlı icraçı olan Kütləvi İnformasiya Vasitələrinə Dəstək
Şurasının sədri Vüqar Səfərlinin sözlərinə görə, evlər paylanarkən
televiziya və internet medianın əməkdaşları da unudulmayacaq:
"Birinci növbədə, müraciət edən hər hansı bir jurnalistin ən azı
fasiləsiz 10 il əmək stajı, 3 il isə eyni iş yerində fasiləsiz əmək
stajı olmalıdır. O məsələlər redaksiya tərəfindən ümumi iclasda
müzakirə olunacaq və bizim nümayəndə şurasına təhvil veriləcək.
Mətbuat Şurası da sənədləri toplayıb Prezident Administrasiyasına
təhvil verəcək".
Qeyd edək ki, jurnalistlər üçün evlərin tikilməsi məqsədilə 3 il əvvəl büdcədən KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılıb. Bu vəsait hesabına Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda tikilən binada işlər tamamlanmaq üzrədir. Gözlənilir ki, buradakı mənzillər iyulun 22-də Milli Mətbuat günündə jurnalistlərə təqdim olunacaq.
Qeyd edək ki, kitab şəklində olan 17 mərtəbəli 2 bloklu binada 156 mənzil var, mənzillər 2 və 3 otaqlıdır. Evlərtəmirli şəkildə təqdim ediləcək.