Bərbad ssenarilərlə çəkilən zövqsüz seriallar
Cəlil Cavanşir: «Azərbaycan seriallarının sseanristləri yox, bütün komandası, bütün heyəti zəifdir»
Səmimə Səlimova: «Hər bir sahədə belədir, ilk başlanan iş həmişə ağsayar, çətinliklər mütləqdir» Azərbaycanda çəkilən serilların böyük əksəriyyətindən tamaşaçılar
birmənalı şəkildə narazılıq edirlər. Elə serialın çəkilişi üçün pul
ayıran Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası da
keyfiyyətdən razı deyil. Seiallarda çəkilən bir sıra aktyor və
aktirsalar, həmçinin, əksrə rejissorlar isə baş verənləri
ssenarilərin zəif yazılması ilə əlaqələndirirlər. Bu fonda belə
təkliflər gündəmə gəlir ki, onda tanınmış əcnəbi ssneristlərdən
ssenari alınsın. Qeyd edək ki, bu təcrübədən xarici ölkələrdə, elə
qardaş Türkiyədə geniş istifadə olunur. Bununla bağlı Mövqe.az-a
açıqlamasında ssenarist Cəlil Cavanşir qeyd edir: "Azərbaycan
seriallarının sseanristləri yox, bütün komandası, bütün heyəti
zəifdir. Serialların çoxusuna istedadsız və qeyri-peşəkar heyət
cəlb edilir. Ona görə də seriallar "bozbaş" səviyyəsindən o tərəfə
keçə bilmir. Azərbaycanda peşəkar rejissor, peşəkar ssenarist,
peşəkar aktyor, bir sözlə serial üçün lazım olan bütün kadrlar var.
Sadəcə peşəkarlara müraciət edən azdır. İlqar Fəhmi, Əyyub Qiyas,
Vüsal Nuru kimi istedadlı ssenaristlər var. Hal-hazırda Türkiyədə
yaşayan gənc ssenarist Elməddin Süleymanov var. Onun yaradıcılığı
Azərbaycan kinosuna yenilik gətirə bilər. Sadəcə, maraqlanan
yoxdur. Seriallarımızın 70 faizində peşəkar ssenaridən söhbət gedə
bilməz. Çoxusu bir-birinə bənzəyir və çox uğursuzdur. Bir neçə
istisna, təbii ki, var. Amma yaxşı teleserial çəkmək üçün peşəkar
komanda lazımdır. Bütün günahı ssenaristlərin üstünə yıxıb, kənara
çəkilmək olmaz. Mən xaricdən ssenarist dəvət etməyin tərəfdarı
deyiləm. Öz gənclərimizlə, gənc qələm adamları ilə işləməyin,
sənəti duyan gənclərə meydan verməyin tərəfdarıyam. Prodakşnlar,
televiziyalar axtarsa, yüzlərlə istedadlı gənc var. Sadəcə "bozbaş"
çəkmək, tamaşaçı zövqünü məhv eləmək televiziya kanallarına sərf
edir".
Gənc ssenarist Azərbaycanda ssenaristlərin olmamasından və ya onların çox aşağı səviyyədə yazdığından şikayətlənən insanlara cavab olaraq bildirdi: "Azərbaycanda yüksək səviyyəli sseanri yaza biləcək onlarla gənc var. Sadəcə, ssenari yazmağı çox vaxt səviyyəsi aşağı olan, az qonarara qane olan, bəzən həvəskar şəkildə bu işlə məğul olanlara etibar edirlər".
Bir neçə seriallara, filmlərə çəkilən aktrisa Səmimə Səlimova da Mövqe.az –a fikirlərini açıqladı: "Dünya kinosuna nisbətdə mən etiraf edirəm ki, bizim onlara çatmağımıza hələ var. Ancaq bu o demək deyil ki, biz yatmıçıq inkişaf etmişik, ya da inkişaf etmək istəmirik. Qonşu ölkələrə baxmış xeyli uğurlar əldə etmişik. Hər bir uğursuz işin sonunu gəlin biz başlanğıc kimi qəbul edək. Hər bir sahədə belədir, ilk başlanan iş həmişə ağsayar, çətinliklər mütləqdir, amma zaman gəlir, səhvlər təkrarlanmır və mükkəmməliyə doğru peşəkarcasına addımlar atılır. Buna zaman lazımdır. Bu gün bizim bəzi seriallarımızın uğursuz alınması səbəbini tək ssenaristin üzərinə atmaq düzgün deyil. Bir kinonu, serialı ərsəyə gətirmək üçün bütün yaradıcı heyət var qüvvəsiylə çalışmalıdır. Ssenarist, rejissor, aktyor texniki qrup, qrim ustası, geyim rəssamı və digərləri çox məsuliyyətlə yanaşmalıdırlar öz işlərinə. Bunlardan biri öz işini layiqincə yerinə yetirməzsə, mütləq o çatışmayan bir cəhət kimi tamaşaçı diqqətini cəlb edəcək və nəticədə boşluq, zəiflik kimi görünəcək. Mən sadəcə onun əleyhinəyəm ki, bugünkü serialların bəziləri o qədər bəsit, primitiv çəkilir ki, adam baxanda əsəbləşir. Baxırsan k, guya komediya janrında nəsə çekiblər, inandırım ki, mən gülmək əvəzinə əsəbləşirəm. Bugünkü tamaşaçı isə düşünmək istəmir, o qədər bayağılığa alışıblar ki, psixoloji, ibrətamiz kinolar, seriallar onları yorur. Bütün bunların qarşısını almaq üçün zaman və milliliyimizə, əxlaq kodekslərinə, yumora, satiraya, tənqid və təbliğə üstünlük verən güclü yazarlar, senaristlər gərəkdir. Onu da qeyd edim ki, mən şəxsən əlehinəyəm başqa ölkələrdən hansısa ssenaristi çağırıb onun ssenarisi əsasında serial çəkilsin vətənimdə. Bizim ruhumuzu, adətlərimizi, milliliyimizi bilməyən ssenaristin ssenarisiylə hansı əxlaqi, milli ruhlu serialdan söz gedə bilər?!"