“TANAP Türkdilli dövlətlərin six inteqrasiyasina zəmin yaradacaq“
“Azərbaycan bu gün Cənubi Qafqaz regionunun söz sahibi, aparıcı lokomotividir"
Bu mənada Türkiyə ilə Azərbaycan arasında imzalanmış Trans Anadolu
Qaz Boru Kəməri-TANAP layihəsinin reallaşdırılması mühüm iqtisadi
və siyasi hadisə idi". Bunu BayMedia-ya açıqlamasında Yeni
Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ
rayon təşkilatının sədri, iqtisadçi ekspert Aydın Hüseynov
bildirib. O qeyd edib ki, bu nəhəng layihəyə birbaşa Azərbaycanın
təşəbbüs etməsi real mənzərədən xəbər verir. Aydın Hüseynov
vurğulayıb ki, bu strateji əhəmiyyət daşıyan layihə region
coğrafiyasının Azərbaycanın fonunda yenidən dəyişməsinin təzahürü
sayılır. "İlk öncə onu qeyd etmək lazımdır ki, TANAP-dan əvvəl
regionda trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb.
TANAP isə əvvəlki sazişlərin məntiqi davamı, enerji marşrutlarının
ana arteriyası hesab edilir. Eyni zamanda, TANAP "Cənub dəhlizi"
enerji şəbəkəsinin ən mühüm komponentlərindən biridir. Bu layihə
yeni dəhlizlərin də yaradılmasına geniş üfüqlər açır" deyən Aydın
Hüseynov bir neçə onilliklər ərzində Avropaya enerji nəqlinə imkan
verəcək TANAP layihəsinin strateji nəhəng kommunikasiya
infrastrukturu olduğunu vurğulayıb. O, layihənin Xəzər regionu
ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət, ən əsası
isə Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji
konsepsiyasını reallaşdıra biləcək, türkdilli dövlətlərin sıx
inteqrasiyasına zəmin yaradacaq prespektiv proqram olduğunu
söyləyib. Ekspert vurğulayıb ki, Cənub Qaz Dəhlizinin (CQD) tərkib
hissəsi olan "TANAP" tarixi əhəmiyyət daşıyan bir layihədir.