Bakıda pulsuz avtobus marşrutları açıldı
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı
müsabiqəsi ilə əlaqədar şəhərdə pulsuz avtobus marşrutları
fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu avtobusların
üzəri yarışmanın simvolları ilə rənglənib və şəhərin müxtəlif
yerlərindən "Bakı Kristal Zalı"na doğru hərəkət edir. Xarici
qonaqların rahatlığını təmin etmək məqsədi ilə avtobusların
keçdikləri ərazilərdə xüsusi lövhələr də quraşdırılıb. Burada
marşrut avtobuslarının nömrələri (E5, E3, E6, E7 və s.)
istiqamətlər qeyd olunub.
Bundan başqa, Bakıya "Eurovision"la əlaqədar iri, üstüaçıq avtobuslar da gətirilib. Avtobuslar yarışma günlərində musiqiçilərin və onları əhatə edən kollektivlərin ixtiyarında olacaq.
Bundan başqa, Bakıya "Eurovision"la əlaqədar iri, üstüaçıq avtobuslar da gətirilib. Avtobuslar yarışma günlərində musiqiçilərin və onları əhatə edən kollektivlərin ixtiyarında olacaq.