Əlaqə Arxiv
news Image
2012.05.22
22:32
| A A A
Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi ilə bağlı rəsmi məlumat

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Sumqayıtda 13 yaşlı uşağın itkin düşməsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindənAPA-ya verilən məlumatda bildirilir ki, 2012-ci il martın 29-da Sumqayıt şəhər sakini, 13 yaşlı Ramil Habil oğlu Ağayev yaşadığı evin qarşısından naməlum şəraitdə itkin düşüb. Fakt üzrə toplanmış araşdırma materialında onun qəsdən öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan mayın 3-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib, həmçinin cinayətin açılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda Ramil Ağayevin öldürülməsi ehtimal edilən müxtəlif fərziyyələr əsasında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Sizin Reklam Yeriniz