Əlaqə Arxiv
news Image
2012.05.25
14:38
| A A A
Əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq qurumlara müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkə ərazisində imtahanların təşkili üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq qurumlara müraciət edib.
APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin dövlət büdcəsindən TQDK-ya ayrılmış maliyyə vəsaiti 100 min nəfər üçün imtahanın keçirilməsini nəzərdə tutub. Amma artıq imtahan verəcək kontingentə 250 min şagird də əlavə edilib: "TQDK-ya 900 min manat vəsait ayrılmışdı. Artıq əlavə maliyyə vəsaitinin ayrılması üçün müvafiq qurumlara müraciət etmişik. Bu məsələ mayın sonuna qədər müsbət həll olunacaq". 

Sizin Reklam Yeriniz