Ramiz Mehdiyevin "Facebook"da rəsmi səhifəsi açıldı (FOTO)
Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "Facebook" sosial şəbəkəsində rəsmi
səhifəsi açılıb. Movqe.az xəbər verir ki, sözügedən səhifədə Ramiz
Mehdiyevin müraciəti də yer alıb: "İnformasiya kommunikasiya
texnologiyaları olmadan müasir dünyanı, gündəlik fəaliyyəti
təsəvvür etmək mümkün deyil. İnternet təkcə məlumat yığını olmayıb,
bəşəriyyətinin virtual portretini, yeni fəlsəfəni formalaşdırır.
Sosial şəbəkələr ünsiyyəti asanlaşdırmaqla qarşılıqlı
münasibətlərdə yeni platforma yaradır. Azərbaycan
Respublikası informasiya cəmiyyəti quruculuğu sahəsində böyük
uğurlara imza atır, ölkədə İKT sürətlə inkişaf edir. Gələcəyə
hesablanmış, düşünülmüş siyasət Azərbaycanı yaxın illərdə inkişaf
etmiş dövlətlərin sırasına çıxaracaqdır. Elektron və mobil hökumət,
kosmik sənaye, innovasiyalı iqtisadiyyat, biliyə əsaslanan cəmiyyət
qurarkən cənab Prezident İlham Əliyev Azərbaycan elminə,
gənclərimizin böyük potensialına arxalanır. Gənclərimiz və
əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan
facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq
duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi
paylaşacağam."
Qeyd edək ki, səhifəni bəyənən "Facebook" istifadəçiləri bunu yaxşı bir addım kimi qəbul edərək, yazdıqları rəylərlə razılıqlarını bildiriblər.
Qeyd edək ki, səhifəni bəyənən "Facebook" istifadəçiləri bunu yaxşı bir addım kimi qəbul edərək, yazdıqları rəylərlə razılıqlarını bildiriblər.