Əlaqə Arxiv
news Image
2014.03.05
16:22
| A A A
75 yaşlı qadının bu addımı sizi şoka salacaq !
Bu gün səhər saatlarında Mingəçevirdə ahıl yaşlı qadın həyatına son qoyub. Rayon polis şöbəsindən Movqe.az-a  verilən əmlumata görə, İncilli yaşayış massivi, ev 8 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Rəfiqə Əsəd qızı Həsənova özünü Qarabağ su kanalının Mingəçevir ərazisindən keçən hissəsinə atıb. Onun meyidi xilasedicilər tərəfindən çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, Rəfiqə Həsənova səhər saat 08:00-da heç kimə nəsə demədən evdən çıxıb.

Qeyd edək ki, 75 yaşlı Rəfiqə Həsənova bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sizin Reklam Yeriniz