Əlaqə Arxiv
news Image
2014.03.12
09:06
| A A A
Azərbaycana üz tutan suriyalıların sayı artır
Azər Allaheverənov: “Həmin ölkələrdə şərait yaradılmazsa, nəzəri cəhətdən qaçqınların Azərbaycana axını baş verə bilər” Əlövsət Əliyev: “Suriya vətəndaşlarının ölkəmizə gəlmə ehtimalı həmişə gözlənilir və mümkündür” Suriyada vətəndaş müharibəsi intensivləşəndə oradan qaçanların sayının artacağı istisna edilmirdi. Belə ki, bu gün dünyaya səpələnmiş suriyalı qaçqınların sayı yüz minlərlə ölçülür. Az da olsa, suriyalı qaçqınlardan artıq ölkəmizdə var. Elə sərhədi pozanlar arasında da son dövrlərdə suriyalılara rast gəlinir.
Belə ki, bu ilin fevral ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılılıb. Onlardan 11 nəfər olmaqla ən çoxu Suriya vətəndaşıdır. Ancaq mütəxəssislərin qənaətinə görə, suriyalıların Azərbaycana kütləvi axını müşahidə edilməyəcək.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov hesab edir ki, Suriyadan Azərbaycana qaçqın axını elə də kütləvi hal almayacaq: "Bunun üçün bir neçə səbəb var. Birincisi, dil fərqliliyi məsələsidir. Suriyadan olan qaçqınlar daha çox onlarla ortaq dildə danışan məmləkətlərə üz tuturlar. Ərəb mənşəli olan qaçqınlar ərəb ölkələrinə keçməyə üstünlük verirlər. Hərçənd ki, Türkiyəyə güclü axın oldu. Türkiyə hökuməti sərhəd boyu ərazilərdə qaçqın düşərgələri saldı. Demək olar ki, onlar həmin ərazilərdə kompakt şəkildə yaşayırlar. Türkiyə cəmiyyətinə elə də açıq inteqrasiya olunmurlar. Amma Azərbaycana gələn qaçqınlar hər hansısa bir düşərgədə yerləşdirilmir. Çünki onlar elə də çox deyillər. Onlar cəmiyyətə daxil olur. Azərbayanda əvvəllər status almaq üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edirlər. 2013-ci ildən etibarən isə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Belə olan halda dil fərqliliyi, status almaq imkanlarına görə Suriyadan olan qaçqınlar daha çox ərəbdilli ölkələrə və Türkiyəyə üstünlük verirlər. Çox az bir hissəsi də Ermənistana üz tutur. Onlar da erməni mənşəli qaçqınlardır. Faktiki olaraq, Azərbaycana gələnlər azsaylı insanlardır. Onlardan iki ailə artıq Azərbaycanda sığınacaq alıb. Başqa sığınacaq üçün müraciət edən insanların sənədinə isə hazırda baxılır. Hətta, status alanlar azərbaycanlılarla bağlı olan insanlardır. Həmin əlaqələr hesabına Azərbaycana gəlmək qərarını veriblər. Belə yumşaldıcı amillər olmasa, Suriyadan olan qaçqınlar Azərbaycana üz tutmurlar. Baxmyaraq ki, artıq Suriyada qaçqınların sayı milyonlarla ölçülür. Hadisələrin kluminasiya nöqtəsi bir neçə aydır davam edir. Amma bu cür ağır müddətdə belə Azərbaycana üz tutan qaçqınların sayı çox olmayıb. Eyni vəziyyəti biz İraqla bağlı da yaşamışıq. İkinci İraq müharibəsi zamanı Azərbaycana gələn iraqlı qaçqınların sayı çox az oldu. Onların da böyük əksəriyyəti sonradan İraqa qayıtdı. Burada qalan Iraq qaçqınları isə türkmən mənşəli insanlar idi. Bu gün qonşu ölkələrdə qaçqınlara yardım proqramları işlədiyi üçün suriyalı qaçqınlara sərf edir ki, məhz həmin ölkələrə üz tutsunlar. Türkiyənin də çox böyük yardımları olduğu üçün ondan yararlanmağa çalışırlar. Əgər həmin ölkələrdə şərait yaradılmazsa, nəzəri cəhətdən qaçqınların Azərbaycana axını baş verə bilər. Amma Azərbaycana gəlməkdənsə, onlara şimal ölkələrə üz tutmaq sərf edir. Çünki sonradan Qərbi Avropada sığınacaq ala bilmələri asan olur. Azərbaycana gəlmək isə onlara bu imkanları yaratmış olmur".
Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirir ki, əvvəllər Azərbaycanda məskunlaşan Suriya vətəndaşları olub: "Baş verən hadisələrlə bağlı Suriya vətəndaşlarının Azərbaycana axını yoxdur. Amma Suriya ermənilərinin Ermənistana kütləvi axını var. Ermənistan onları Dağlıq Qarabağda yerləşdirərək, qaçqın satautusu verib".
Mərkəz sədri qeyd etdi ki, Suriya vətəndaşlarının ölkəmizə gəlmə ehtimalı həmişə gözlənilir və mümkündür: "Qaçqın sərhəddi pozub gələ bilər. Amma dövlət orqanları bunu nəzarətə götürməlidir".
Sizin Reklam Yeriniz