İyunun 14-də Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Qurtuluşdan başlanan yol" adlı konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gələn qonaqları salamladı və Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən icra başçısı "Qurtuluş günü"nün tarixi əhəmiyyətindən söz açdı: "15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ötən il Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik. Bu 20 illik uğurları təhlil edərkən bir daha belə bir qərara gəldik ki, ölkəmiz bu illər ərzində 100 illik inkişaf yolunu keçib və bu gün ölkəmiz iqtisadi və siyasi cəhətdən regionun ən inkişaf etmiş dövlətinə çevrilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibi olan təşkilatlar, ölkələr üçün əhəmiyyətli dövlətə çevrilib".
Ölkəmizin son
19 ildə uğurlu inkişaf
yolu keçdiyini deyən cənab
Fərzəliyev 1991-1993-cü illərdə Azərbaycanı bürüyən
daxili çəkişmələri də xatırlatdı. Onun sözlərinə görə,
bugünkü Azərbaycan məhz bu 19 illik inkişafın nəticəsidir:
"Azərbaycan xalqı 19
ildir ki, bu günü qürur hissilə,
iftixarla qeyd edir. Niyə? Çünki ölkəmiz ötən əsrin əvvəllərində
qazandığı
müstəqilliyi itirdiyi kimi
1993-cü ilin yayında da
itirmək təhlükəsi ilə
qarşılaşmışdı. Bu vaxt Azərbaycanda vətəndaş qarşıdurması
başlanmışdı. Ölkənin daxilində müxtəlif siyasi qüvvələrin
hakimiyyətə gəlməsi naminə qardaş qırğınının əsası qoyulmuşdu. Nəhayət, o vaxtkı iqtidar Azərbaycan
xalqının
tələbi ilə razılaşaraq həmin zaman Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən ümummilli lider Heydər Əliyevi
Azərbaycana dəvət etmək məcburiyyətində qaldı. Hansı ki, o vaxt Heydər Əliyev çətin vəziyyətdə yaşayan Naxçıvanı o
çətinlikdən xilas etmişdi, naxçıvanlıların yaşayışını
yaxşılaşdırmışdı. Bilirsiniz ki, o dövrdə
Azərbaycanın bir çox
bölgələrində hadisələr baş
vermişdi. Gəncədə, eləcə də respublikamızın Şimal və
Cənub bölgəsində separatizm meyllərinin artması və
şiddətlənməsi müşahidə olunurdu. O vaxtkı hakimiyyətdə olan qüvvələrin savadsızlığı və
səbatsızlığı
üzündən ölkədə parçalanma, xaos
yaranmışdı.
Məhz ümummilli lider Heydər
Əliyev xalqın
tələbi ilə Bakıya qayıtdıqdan sonra Gəncəyə getdi və bundan sonra ölkə normal siyasi
vəziyyətinə qayıtmağa
başladı. İyun ayının 15-də
parlamentin üzvlərindən ibarət olan Milli Şura ümummilli lider
Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsinə
razılıq verib.
Məhz həmin gündən
Azərbaycanın
təhlükəsizliyinin
təminatının, onun
iqtisadi inkişafının, Azərbaycanda yaşayan müxtəlif xalqların birliyinin əsası qoyulmuşdu
və dövlətin, dövlətçiliyin
itirilməsinin qarşısı alınmışdı".
Ölkəmizin
qısa zaman
ərzində çox böyük tarixi inkişaf yolu
keçdiyini vurğulayan icra başçısı bu inkişafda ulu öndər Heydər
Əliyev və onun siyasi davamçısı cənab
İlham Əliyevin mühüm rolunun
olduğunu vurğuladı: "Bu gün
qədirbilən xalqımız
ümummilli lider Heydər Əliyevi
yad edir. Bütün bunlarla yanaşı, müxtəlif təşkilatlarda, ictimai,
dövlət və hökumət qurumlarında ümummilli liderlə
bağlı
müxtəlif tədbirlər keçirilir.
Təbii ki, bu tədbirlərin çox böyük əhəmiyyəti var".
Sonra söz professor Əlişir Musayevə verildi. Hələ ölkənin ağır dövründə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış edən və Heydər Əliyevin yenidən Azərbaycana dönməsini tələb edən "91-lər"dən biri olan Əlişir Musayev 1993-cü ildə baş verən hadisələr haqqında danışaraq, çətin şəraitdə Heydər Əliyevin ölkəmizə qayıtmasını böyük qurtuluş kimi qiymətləndirdi: "Bu konfransın adı çox maraqlı seçilib. Mən istərdim iki əsas yolu qeyd edim. Birincisi, "qurtuluş"a qədər olan yoldur, digəri isə "qurtuluş"dan sonrakı yoldur. Birinci yol çox çətin, məşəqqətli bir yoldur. Hamı bilir ki, o dövrdə ölkəni xaos, vətəndaş qarşıdurması bürümüşdü. Məhz belə bir dövrdə ölkəni idarə etməyi bacaran, hamı tərəfindən qəbul edilən siyasi lider lazım idi. Məhz Heydər Əliyev bütün bu tələblərə cavab verən şəxsiyyət idi. Ümummilli lider həm də böyük elm hamisi idi. O, ölkənin o çətin durumunda tələbələri xaricə oxumağa göndərirdi. O vaxt xaricdə doktorantura təhsili almaq üçün çoxlu gənclər göndərilmişdi. Onlardan biri də mən idim. Həmin gənclər sonrakı dövrlərdə böyük alimlər oldular. Bütün bunlar göstərdi ki, ölkədə savadlı kadrların hazırlanmasında ümummilli liderin rolu danılmazdır."
Konfransda
çıxış
edən professor Cümşüd Nuriyev isə
Heydər Əliyevlə bağlı
başqa məqamlara toxundu.
90-cı
illərin əvvəllərində baş verən
hadisələrin içində olan Cümşüd Nuriyev o olayların canlı şahidi
kimi fikirlərini paylaşdı: "İstərdim bu hadisələrin
iştirakçısı kimi danışım. Hesab edirəm ki, "qurtuluşdan başlanan
yol"u 7 istiqamətdə birləşdirmək olar. Bunlar siyasi, iqtisadi,
hüquqi, mədəni, hərbi, innovasiya, sosial və struktur
istiqamətləridir. Siyasi islahata Azərbaycanda dünyəvi və
humanitar dövlət yaradılıb. İqtisadi inkişafdan danışsaq ölkəmizin paralel iqtisadi islahatlar modelindən də
danışmalıyıq. Hazırda bu
model bütün dünyada qəbul edilib.
Bu modelin əsasını
Heydər Əliyev qoydu. Hərbi
sahədəki islahatların
nəticəsi olaraq
1990-cı
illərin əvvəllərində heç
bir ordusu olmayan Azərbaycanın indi yalnız hərbi
büdcəsi Ermənistanın
ümumi büdcəsindən çoxdur. Məhz
Heydər Əliyevin təşəbbüsü ilə 1993-2003-cü illərdə 1000-dən
artıq
müxtəlif səpkili qərarlar qəbul
edilib ki, bu da hüquqi islahatların göstəricisidir. 5
pilləli məhkəmə sisteminin yaradılması da bu yöndə
atılmış addımlardandır.
BMT-nin açıqladığı nəticələrə
görə Azərbaycan insan inkişaf indeksinə görə
106-cı
yerdən 67-ci yerə gəlib. Bu çox
böyük rəqəmdir. Dünyada belə sürətli sosial inkişafı olan ikinci
bir ölkə yoxdur. İnnovasiya sahəsində
uğurlu addımlar
atılır".
Azərbaycan
Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri
Gülsel Səfərova isə Heydər Əliyevin gənclər siyasəti sahəsində
gördüyü işlərdən danışdı: "Azərbaycanın
siyasətinin formalaşmasında
Heydər Əliyevin böyük rolu var. O, hər zaman gənclərə böyük
qayğı
və diqqətlə yanaşıb".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini qeyd edərək, Heydər Əliyevlə bağlı bəzi məqamları xatırlatdı. "Azərbaycanın ötən əsrin sonlarında yenidən qazandığı dövlət müstəqilliyindən artıq 20 il keçib. Bu 20 ildə müstəqil Azərbaycanın inkişaf yolu məhz 15 iyundan başlanıb. Bu gün hamının yaddaşındadır. Həmin vaxta qədər Azərbaycan dövlət kimi parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Talış-Muğam respublikasının yaradılması, şimalda sadvalçıların baş qaldırması, digər tərəfdən daxildə vəzifə uğrunda mübarizə Azərbaycanı fəlakətə aparırdı. Artıq iyunun əvvəllərində Gəncədə məlum hadisələr baş vermişdi, qardaş-qardaşa silah qaldırmışdı. O vaxtkı dövlət, hökumət bunun qarşısını ala bilmirdi. Azərbaycanın belə ağır vəziyyətində müdrik ağsaqqalımız Heydər Əliyev Bakıya dəvət edildi. Onun titanik fəaliyyəti sayəsində Azərbaycan parçalanmq təhlükəsindən xilas oldu, həqiqi dövlət müstəqilliyinə qovuşdu. O dövrdə ən böyük çətinliklərdən biri "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı idi. Həmin müqavilənin imzalanmasına çox əngəllər oldu, amma ulu öndərin fəaliyyəti nəticəsində sözügedən müqavilə bağlandı və bu gün onun bəhrəsini görürük. Neftimizin gətirdiyi gəlir hesabına Azərbaycan sürətlə inkişaf etməkdədir.
O dövrdə
Azərbaycan informasiya blokadasındaydı. Azərbaycanın
səsini heç kim eşitmirdi. Bu
sahədə də ulu öndər böyük işlər gördü, dünya
Azərbaycanın
səsini eşitməyə
başladı.
Ümummilli lider Heydər Əliyev irsinin ən böyük nüma- yəndəsi olan cənab İlham Əliyev ulu öndərin layiqli davamçısıdır və onun müəllifi olduğu daxili və xarici siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq hüququn müstəqil və kifayət qədər güclü olan müstəqil subyektlərindən biri kimi çıxış edir".