Əlaqə Arxiv
news Image
2014.03.15
20:00
| A A A
Metroda ticarət obyektlərini sökməyə başladılar
Metronun "Koroğlu" stansiyasındakı ticarət obyektlərini bu dəqiqələrdə sökməyə başlayıblar.

ANS PRESS-in verdiyi məlumata görə, hazırda həmin metro stansiyasınin ətrafındakı əraziyə xeyli sayda polis əməkdaşı gətirilib. Polis satıcılara mağazaları qısa zamanda boşaltmaq göstərişi verib.

Satıcılar martın 27-dək vaxtlarının olduğunu desələr də, polis buna məhəl qoymayıb. Bildirib ki, mağazalar bu gün sökülməlidir. Satıcılara mallarını boşaltmaq üçün bir saat vaxt verilib. Hazırda mağazalar boşaldılır.

Dükanlar sökülərkən qarışıqlıq düşəcəyindən və mallarının oğurlanıb talan ediləcəyindən qorxan bəzi satıcılar mallarını dəyər-dəyməzinə satmağa başlayıblar.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC satıcılara martın 27-dək vaxt verdiyini açıqlamışdı.
Sizin Reklam Yeriniz