Əlaqə Arxiv
news Image
2012.07.15
11:23
| A A A
İranda saxlanılan azərbaycanlı gənclərin müdafiəsi üçün online müraciət başlayıb
“İRƏLİ” İctimai Birliyi bütün dünya ictimaiyyətinə çağırış edib Bakıda fəalliyyət göstərən, 12 üzv təşkilatdan və 25.000 üzvdən ibarət olan "İRƏLİ" İctimai Birliyi bütün dünya ictimaiyyəti, QHT-lərə, insan hüquqları müdafiəçilərə və gənc aktivistlərə müraciət edərək 2 aydan çox İran İslam Respublikasında əsassız ittiham olunaraq saxlanılan iki gənc Azərbaycan şairinin azad olunmasına dəstək göstərmələrini üçün müraciət edir.
"Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Lakin, onlar tədbirdə iştirak etdikdən sonra mayın 2-də Azərbaycana qayıtmağa hazırlaşarkən İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb saxlanılıblar.
Azərbaycanlı şairlərin əsassız saxlanılmasından artıq iki ay keçir. Bu müddət ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi 5 rəsmi notalar arzuolunan nəticə verməyib. Təəssüf ki, İran hökuməti hələ də Fərid Hüseyn və Şəhriyar Hacızadənin hansı motivlərə görə saxlanmaları ilə bağlı hər hansı məlumat təqdim etməyib.
Bundan əlavə, Azərbaycanın Tehrandakı Səfirliyi və Təbrizdəki Konsulluğu nümayəndələrinin Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşmək cəhdləri İran rəsmiləri tərəfindən rədd olunub. Biz qeyd etmək istərdik ki, İran hökumətinin davranışı beynəlxalq aləmdə qəbul olunan konvensiyalara zidddir. İranın BMT üzvü və global sivilizasiyanın bir hissəsi olduğunu nəzərə alaraq, biz bu davranışı düşüncəsiz və əsassız sayırıq.
İranın bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, iki Azərbaycanlı şair narkotik maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildirilərək həbs olunub. Bundan əlavə, kütləvi informasiya vasitələri həmçinin onların yuxarıda qeyd olunan ittihamları guya qəbul etdiklərini və İran rəsmisinin bununla bağlı sənədlərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim etdiyini bildiriblər. Lakin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu cür məlumatların əsassız olduğunu qeyd edib və İran rəsmilərindən hər hansı sənədlərin daxil olduğunu inkar edib.
Biz həmçinin Human Rights Watch və Amnesty International kimi təşkilatlara və Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinə bu məsələyə daha çox diqqət ayırmağı xahiş edirik. Maraqlısı budur ki, yuxarıda qeyd olunan təşkilatlardan heç biri indiyə kimi Azərbaycan vətəndaşlarının hüquqlarının İranda pozulmasına dair heç bir protokol və ya sənəd hazırlamayıblar. Biz həmçinin yerli hüquq müdafiəçilərindən öz haqq səsləri ilə dünyaya, xarici media nümayəndələrinə və beynəlxalq təşkilatlara müraciət etmələrini istərdik.
Biz Azərbaycanlı insan hüquqları müdafiəçilərini xarici ölkədə əsassız olaraq saxlanılan iki Azərbaycan vətəndaşının hüquqlarının müdafiəsində daha fəal və həssas olmalarını görmək istərdik. Biz Azərbaycanda və dünyada günahsız insanların həyatına biganə olmayan hər bir kəsi Fərid Huseyn və Şəhriyar Hacizadənin qismində insanlığı müdafiə etmək üçün bizim müraciətə qoşulmalarına və onların tezliklə azad olunmasını tələb etməyə çağırırıq.
Bu yanaşma üçün vaxt artıq yetişib, çünki İran İslam Respublikası iki Azərbaycan vətəndaşını azad etməyi rədd etməklə yanaşı, Azərbaycanın Respublikasının Təbrizdəki Konsulluğunun həbs edilən Azərbaycan vətəndaşları ilə görüş tələbinə məhəl qoymayaraq dəfələrlə rədd edib."
Bu müraciətdə "İRƏLİ" İctimai Birliyi bütün dünyada insan hüquqları məsələləri ilə məşğul olan beynəlxalq təşkilarları, insan hüquqları müdafiəçilərini və gənc aktivistləri çağırır:
- İran İslam Respublikasında insan haqqlarının pozulması halları ilə bağlı aktiv kampaniyalar başlamağa
- Azərbaycan vətəndaşlarının əsassız saxlanılmasının daha geniş auditoriyaya çatdırılması üçün protokol və sənədlər hazırlamağa

- İki Azərbaycan Respublikası vətəndaşının tezliklə azad olunmasını tələb etməyə
Bu müraciət bütün dünyada insan hüquqları məsələləri ilə məşğul olan beynəlxalq təşkilarları, insan hüquqları müdafiəçilərini və gənc aktivistləri Azərbaycan Respublikası vətəndaşlarının həbsini insan hüquqlarının pozulması kimi tanımağa və Fərid Huseyn və Şəhriyar Hacızadənin dərhal azad edilməsini tələb etməyə çağırır.
Bu müraciətlər təmannasız olaraq "İRƏLİ" İctimai Birliyi tərəfindən hazırlanıb.
Müraciətlərin sürətini əldə etmək üçün zəhmət olmasa bu linkə daxil olun:http://ireli.az/
Siz də bu linka daxil olub qeydiyyatdan keçərək həmvətənlərimizə dəstək olun!
http://www.gopetition.com/petitions/demand-of-immediate-release-of-2-citizens-of-the-republ.html

Sizin Reklam Yeriniz