Əlaqə Arxiv
news Image
2012.08.08
20:31
| A A A
Murtuz Ələsgərov I Fəxri Xiyabanda torpağa tapşırılıb

Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov I Fəxri Xiyabanda torpağa tapşırılıb. APA-nın məlumatına görə, dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur Rəsizadə, müdafiə naziri Səfər Əbiyev, təhsil naziri Misir Mərdanov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Qeyd edək ki, Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib.

Sizin Reklam Yeriniz