Əlaqə Arxiv
news Image
2012.09.03
16:39
| A A A
Köynəyinə “Mən bir türkəm” yazdığına görə tutdular

Urmunun İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə Urmu gölü məsələsinə toxunub. O, bildirib ki, Urmu gölü ilə bağlı əhalinin tələblərinin hədsiz çox olduğuna görə, bu zəmində sükut etmək mümkün deyil. "Bu barədə məsul şəxslər lazımlı tədbirlər görməlidir. Ətraf-mühit böhranı barədə mütəxəssislər tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, Urmu gölü böhranı getdikcə dərinləşir. Urmunun turizm sektoru da artıq məhv olunub. Urmu gölünün qurumasının iqtisadi, ictimai və ətraf-mühit ziyanları kimsəyə sirr deyil. Ona görə də ölkə rəhbərliyi və yerli məsullar əməli addımlar ataraq, baş verə biləcək insani faciənin qarşısını almalıdırlar"-deyə, millət vəkili bəyan edib.

İki gün öncə Təbrizin "Səhənd" stadionunda "Traxtur"la "Səba" taqımlarının oyunu zamanı tutulan soydaşımız isə azadlığa buraxılıb. Fərid Sadiqi zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Ancaq o, bu gün Təbrizdə mühakimə olunacaq. Qeyd edək ki, "Traxtur-Səba" müsabiqəsi bitdikdən sonra tamaşaçılar stadionu tərk etdikləri zaman Fərid Sadiqi təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu.

Şəbistərin Nadarlı kəndinin sakini olan Fərid "Traxtur" tərəfdarı yaxalanarkən məmurlar tərəfindən döyülüb. Şahidlərin sözlərinə görə, məmurlar "Traxtur" tərəfdarını köynəyinin üzərində "Mən bir türkəm" şüarı yazıldığına görə tutduqlarını deyiblər.

Sizin Reklam Yeriniz