21 dekabrda dünya dağılmayacaq
Movqe.Az xəbər verir ki, Rusiya fövqəladə
hallar naziri Vladimir Puçkov, 21 dekabrda qiyamətin qopacağı ilə
əlaqədar iddiaların yalan olduğunu bildirib. Təbiətdə insanlar üçün
bir çox təhlükələrin olduğunu, ancaq bunların qlobal bir problem
yaratmayacağını deyən Puçkov, Rusiyanın dünyadakı təbiət
hadisələrini izləmək üçün bütün vasitələrə sahib olduğunu
söyləyib.
Əllərindəki məlumatlar, universal fəlakətlərin 10-15 milyon ildən bir olduğunu göstərdiyini deyən Puçkov, " Dünyada ən son belə təbii fəlakətləri bir neçə əsr əvvəl olub. Yaxın zamanlarda təbiət nizamında dəyişikliklər gözlənilə bilər, amma bunları qəti qlobal bir problemə çevirmək olmaz."deyə çıxış edib.
Buzlaşma, su basqınları kimi təbii fəlakətləri Rusiyanın 24 saat izlədiyini açıqlayan Rusiya fövqəladə hallar naziri, "Şübhəsiz ki, bunlar gələcəkdə olacaq şeylərdir və bunlara hazır olmalıyıq"deyib. Rus nazir xalqın təbiət hadisələri ilə əlaqədar təklif, istək və ya şikayətlərini 7 gün 24 saat ərzində nazirliyə bildirmək imkanlarının olacağını da qeyd edib.