Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yanvarın 28-ə təyin olundu
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk
qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dair görüşü yanvarın 28-ə planlaşdırılıb. Bu barədə mətbuat
konfransında APA-nın sualını cavablandıran Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, ATƏT-in
Minks görüş yanvarın 28-də baş tutmalıdır, lakin görüşün formatı
hələlik məlum deyil: "Çünki həmsədrlər hələlik bu məsələ ilə bağlı
təkliflərini təqdim etməyiblər".
Görüş Parisdə baş tutacaq.