Əlaqə Arxiv
news Image
2013.01.19
07:33
| A A A
Azərbaycan üçün 90 milyonluq problemli təyyarələr?!
"Boeing 787 Dreamliner" təyyarələrində problemlər aradan qaldırılmasa, ölkəmizin "Boeing" korporasiyası ilə sövdələşməsi sual altına düşəcək Hələ ötən il "Boeing" korporasiyası yeni modelini tanıtmaq üçün dünya turuna başlamışdı. "Boeing" korporasiyasının nümayəndələri yeni "787 Dreamliner" təyyarəsini dünyada tanıtmaq üçün "787 Dream Tour" çərçivəsində aprelin 2-3-də Bakıya da gəldilər.
Müasir texnologiyalarla təchiz olunan və gövdəsi kompozit materialından hazırlanan "787 Dreamliner" təyyarəsi dünya səyahəti çərçivəsində Santyaqo (Çili), Şannon (İrlandiya), Moskva (Rusiya), İstanbul (Türkiyə) və Madridə (İspaniya) də səfər etdi. Sonradan isə məlum oldu ki, 2014-cü ildə isə ölkəmizə iki "Boeing-787 Dreamliner" təyyarəsi gətiriləcək. "Boeing-787" tipli təyyarələr alındıqdan sonra isə ABŞ-a birbaşa uçuşların təşkili nəzərdə tutulurdu.
Lakin məlumat verildiyi kimi ABŞ Federal Aviasiya İdarəsindən sonra Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi "Boeing 787 Dreamliner"lə uçuşları qadağan edib. İlk dəfə olaraq "Dreamliner"lə uçuşlardan Yaponiyanın "All Nippon Airways" və "Japan Airlines" aviaşirkətləri imtina edib. 2013-cü ilin əvvəlində bu təyyarələrdə çoxlu problemlər müşahidə olunub.
"Boeing 787"-in istismarı komissiyanın akkumlyatorun alışmasının potensial riski ilə bağlı problemi yoxlayana və həll edənədək müvəqqəti dayandırılıb. Qeyd olunduğu kimi Azərbaycan da 2014-cü ildə iki belə iki təyyarə almaq fikrindədir. "Azərbaycan Hava Yolları" QSC-də hesab edirlər ki, həmin vaxtadək təyyarələrlə bağlı problemlər həll olunacaq.
Lakin belə məlumatlar da dolşaır ki, "Azərbaycan Hava Yolları" QSC "Boeing" korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı təyyarələrin gələcək taleyi ilə bağlı yekun qərarı gözləyəcək. Xatırladaq ki, AZAL iki "Boeing 787 Dreamliner" təyyarəsini əldə etmək üçün sifariş verib. Hər bir təyyarənin qiyməti 90 milyon dollardır.
36 il uçuşlarda olmuş sabiq şturman Arif Həsənov isə belə hesab edir ki, Azərbaycan tərəddüd etsə də, nəzərdə tutulduğu kimi 2014-cü ildə bağlanmış müqaviləyə əsasən 2 "Boeing 787 Dreamliner" təyyarəsini almaqda qərarlıdır: "Azərbaycan təyyarələri alanadək problemlərin həll olunacağına əminəm. Belə ki, bu işin hələlik bizə dəxli yoxdur".
Təyyarədə yaranan problemləri şərh edən Arif Həsənov yanacaq sızması nasazlığının daha təhlükəli olduğunu deyib: "Yanacağın sızması şəraitində kiçik bir qığılcım belə yanğına səbəb ola bilər". Ekspertin sözlərinə görə, yanacaqla akkumulyatorun eyni zamanda sıradan çıxması ortaya ciddi poblem qoymuş olar: "Mühərriklərin sıradan çıxdığı təqdirdə akkumulyator işə salınaraq təyyarəni müvəqqəti enerji ilə təmin edib enişi həyata keçirməyə imkan verir".
Arif Həsənovun qənaətincə, "Boeing 787 Dreamliner" təyyarələrində bu nasazlıqlar mütləq aradan qaldırılacaq və təyyarə öz potensialına görə alıcılar və o cümlədən Azərbaycan üçün də cazibədar qalacaq. Bununla bağlı o BBS-yə bildirib: "Daha tutumlu və az yanacaq işlədən "Boeing 787 Dreamliner"Amerika kimi üzaq məsafəli reyslər baxımından əlverişli təyyarədir. "Boeing 787 Dreamliner"lə həmçinin, Malayziya və bu istiqamətdəki ölkələrə uçuşlar təşkil etmək olar".
Onu da qeyd edək ki, aviasiya istehsalçıları liderlərlərindən olan "Boeing" şirkəti 207 milyon dollar dəyərində "Boeing 787 Dreamlinerin alıcılara çatdırılmasını bir neçə dəfə təxirə salıb.
290 sərnişinlik "Boeing 787 Dreamliner"2006-cı ildə yığılmağa başlayıb və 5 il keçmiş ilk təyyarə istehsal anqarını tərk edib. "Boeing 787 Dreamliner" eyni sinifdən olan təyyarələrdən 20 faiz az yanacaq işlədir.
İnisdentlər fonunda heç bir şirkət "Boeing 787 Dreamliner"dən imtina etməyəcəyini bildirib. Lakin "Boeing 787 Dreamliner"lərin uçuşlarına Yaponiya ardınca Avropa ilə ABŞ-da qoyulan qadağa qüvvədə qalır. ABŞ-a daimi aviareyslərin açılması üçün "Boeing" korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı iki təyyarənin alınmasında israrlıdır. Bundan əvvəl isə ölkənin mülki aviasiya tarixində ilk dəfə olaraq QSC "Boeing-767" markalı təyyarələrin vasitəsilə Bakı-Vaşinqton kommersiya aviareysini reallaşdırıb. Təyyarə paytaxtdan yerli vaxtla saat 11:30-da uçub və 10 saatdan sonra Dallas aeroportuna (Vaşinqton) çatıb. Aviareys Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə reallaşdırılıb.
Sizin Reklam Yeriniz