İşğal olunmuş ərazilərimizə 114 ailə köçürülüb
2012-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinə Ermənistan
və digər ölkələrdən (415 nəfər) köçürülüb. APA-nın Ermənistan
mediasına istinadən verdiyi məlumata görə, 2011-ci ildə bu rəqəm
169 ailə (580 nəfər) təşkil edib. Livanın "Artsaxfond" Fondunun
proqramı çərçivəsində işğal zonasında məskunlaşdırılan üç və daha
çox uşaqlı ailələr mal-qara ilə təmin olunub. Ötən il bu kateqoriya
ailələrə 152 sağmal inək bağışlanıb. Ötən il işğal olunmuş
Azərbaycan ərazilərinə Suriyadan qaçqın düşmüş erməni ailələr də
köçürülüb. Erməni mediası 30 suriyalı erməni ailəsinin Laçın
rayonunda məskunlaşdırıldığını yazır.