Əlaqə Arxiv
news Image
2013.01.21
21:29
| A A A
"20 Yanvar" qətliamı Belçikada da anıldı
Bü gun Belçika Azərbaycanlıları Cəmiyyəti Belçikanın paytaxtı Brussel şəhərində "Hotel Bloom"un konfrans salonunda "20 Yanvar Qanlı və Şanlı Tariximiz" mövzusunda tədbir keçirmişdir. Tədbirə 100 yaxın Belçikada yaşayan soydaşlarımız qatılmaqla yanaşı bir neçə yeli qeyri hökumət təşkilatlarının nümayəndələri , Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim , EU Reporter İnformasiya Agentliyinin nümayəndəsi, Almaniyalı siyasi ekspert, Belçika Haber qəzetinin əməkdaşı Gəlil Gündoğdu , Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirci, Dayaq Cəmiyyətinin sədri Asəf Bağırov, Benelüks Azərbaycanlıları konqresinin nümayəndəsi Musa Pünhan və digər qonaqlar iştirak edirdi. Konfransı açıq elan edən Belçika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Rəşad Xasayoğlu tədbir iştirakçılarını 20 yanvar hadisələrində şəhid olmuş soydaşlarımızı bir dəqiqəlik sükutla anmağa dəvət etdi və daha sonra tədbir Azərbaycan himninin oxunmasından sonra açıq elan edildi.
Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərova verildi. O, da öz növbəsində o günləri xatırlamaq baxımından tədbirin keçirilməsini zəruri olduğunu bildirdi . O Belçikada fəaliyyətinə başladığı müddətdə bu qədər soydaşımızın qarşısında ilk dəfə çıxış etdiyini bildirərək soydaşlarımızla bir araya gəlməkdən məmnun olduğunu bildirdi.O bildirdi ki, vətənimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün hər kəsin fəal olmasının vacib olduğunu bildirdi. 20 yanvar xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir, xalqımız tarix boyu çox böyük qəhrəmanlıq və şücaət göüstərib və 20 yanvar günü də xalqımızın fəxr olunası tarixidir. "Mən inanıram ki, biz işğal olunmuş Qarabağı da işğaldan azad edib , faciə günlərimizi xatırlamaqla yanaşı qələbə günümüzü də qeyd edəcəyik. Bugün bizim həmrəyliyə ehtiyacımız var, ona görə ki biz həmrəy olub Qarabağ yaramızı , problemimizi gələcək nəsillərə ötürməməliyik" deyə o bildirdi. Bizim diasporamızın güclənməsinə ehtiyac olduğunu vurğulayan Fuad İsgəndərov bu sahədə BACəın üzəzirinə böyük yük və məsuliyyət düşdüyünü bildirdi. Son olaraq O, BAC-ın uğurlu fəaliyyətini vurğulayaraq bundan sonra da uğurlu lahiyələrə imza atacağına inandığnı bildirmiş və təşkilata gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Daha sonra çıxış üçün söz NATO-dakı nümayəndəliyimizin rəhbəri Xəzər İbrahimə verildi.Xəzər İbrahim dedi ki, mən xaraktercə diplomat olmamışadm və nə zamansa diplomat olacağımı düşünməmişdim. 20 yanvar günü baş verən hadisələr məni bu sahəyə istiqamətlənməyi mənəvi cəhətdən məcbur etdi. Biz o zamanlar gənc idik və bu hadisələr yaddaşımızda dərin izlər buraxdı. Biz heç bir zaman o günləri unuda bilmərik və gələcək nəsillərin də bu günləri unutmaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Daha sonra 20 yanvar günü baş vermiş hadisələri əks etdirən film nümayiş etdirildi.
Tədbirin təşkilatçısı BAC-ın sədri Rəşad Xasayoğlu çıxış edərək o günü belə xatırladığını söylədi. Mənim o zaman 7 yaşım var idi. Düzü biz o günlər nəyinsə baş verdiyini hiss edirdik və görürdük amma yaşımız az olduğundan nələrin baş verdiyini tam dərk etmirdik. Hər zaman öz özümə sual verirdim.Baş verən bu olay nədir? Niyə bu qədər insan bir gündə öldürülsün? Niyə bu üədər insan küçələrə axışıb Azadlıq deyib hayqırsın. Bütün bunların səbəbini biz daha sonralar başa düşdük ama unutmadıq , unutdurmadıq. Bizim bu tədbiri təşkil etməkdə məqsədimiz birdir : Bu Şanlı və Qanlı yariximizi yad etmək və xalqımızın qəhrəmanlığını dünyaya daim təbliğ etməkdir.Biz bundan sonra da bucür kampaniyalarımızı davam etdirəcəyik, millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etmək də davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz Xocalı, 31 mart sorqrım günlərimiz gəlir. Xalqımıza qarşı törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin almasına daim durmadan fəaliyyətimizi artıracağıq. Bizim Avropada güclənməyimizə ehtiyacımız var bu işdə hər kəsin üzərindəbir yük var. Hır həsi birliyə və həmrəyliyə çağırıram.
Növbəti çıxışçılar İlahə Rafaelqızı da uşaqlıq dövrünə təsadüf edən bu günlərin onun yaddaşında ağrılı iz buraxdığını qeyd etdi. Daha sonra çıxış edın Benelüks Azərbaycanlıları Konqresinin Belçika nümayəndəsi tədbirin təşkilatçısı Belçika Azərbaycanlıları Cəmiyyətinə öz təçəkkürünü bildirərək Avropada yaşayan gənclər olaraq millətimizin faciəsini heç zaman unutmayacaqlarını bildirmiş bundan sonra milli problemlerimizin dünya ictimaiətinə çatdırılmasının vacib olduğunu vurğulayaraq birlikdə fəaliyyət göstərməyimizin vacibliyini bildirmişdir.
Tədbirin rəsmi hissəsinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş ingilis dilinə tərcümə olunmuş film nümayiş etdirildi.
Daha sonra tədbir çay və kofe süfrəsi ilə davam etdirilmişdir.

Sizin Reklam Yeriniz