Əlaqə Arxiv
news Image
2013.01.25
12:45
| A A A
Gələn aydan uşaqlar icbari müayinələrə cəlb olunacaq
Musa Quliyev : ""Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası haqqında ” qanun yəqin ki, gələn ay qəbul olunacaq" "Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası haqqında " qanun layihəsi yaxın günlərdə qəbul olunacaq. Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev söyləyib: "Bu gün Komitənin iclasında "Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası haqqında " qanun layihəsi təkrar müzakirə olunacaq. Bundan sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyyə olunacaq. Yəqin ki gələn ay bu qanun qəbul olunacaq".
M. Quliyev sözügedən qanunun qəbulunun uşaqların  yaşına uyğun olaraq, ildə ən azı bir dəfə icbari qaydada dispanser müayinədən keçirilməsini təmin edəcəyini söylədi. İndi elə valideynlər var ki, uşağını vaxtlı-vaxtında tibbi müayinələrdən keçirmir. Bu isə uşaqlarda yaranan xəstəliklərin erkən dövrdə aşkarlanmamasına gətirib çıxardır. Amma yeni qanun səhiyyə işçiləri ilə yanaşı, valideynlərin də məsuliyyətini artıracaq".
Sizin Reklam Yeriniz