İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Avropa Birliyi ilə "Məktəb büdcələrinin formalaşması və səmərəli xərclənməsində Vətəndaş İştirakçılığının istiqamətləndirilməsi" layihəsi çərçivəsində ölkənin dörd rayonunda iyun ayının əvvəlində təlimlər keçirib. Mövqe.az-ın məlumatına görə, ilk təlimlər iyun ayının 4-də Şəki, 6-da Yevlax şəhərlərində təşkil edilib. Həmin tədbirlər İSİM-in yerli tərəfdaşı olan Uluçay Sosial İqtisadi İnnovasiya Mərkəzi İctimai Birliyi təşkil olunub. Təlimləri beynəlxal təlimçi Arzu Hüseynova aparıb. İyun 7-si Şamaxı və 8-də Tərtər rayonlarında İSİM-in təşkil etdiyi təlimlərin təlimçisi Nərmin İbrahimova olub.
Təlimlərdə hədəf qrupları əsasən yerli bələdiyyə və maarif
şöbələrinin sədrləri, o cümlədən
icra hakimiyyəti nümayəndələri, məktəb direktorları və müəllimlər,
eyni zamanda valideynlər olub. Qeyd etmək lazımdır ki, Şəki
vəYevlax şəhərlərində təşkil olunmuş təlimlərdə 30 nəfər, Şamaxı
şəhərindəki təlimdə 40 nəfər və Tərtər rayonunda təşkil olunmuş
təlimdə 90 nəfər iştirakçı olub. Təlimlər zamanı məktəb
idarəçiliyində valideyn və icmanın iştirakçılığı, məktəb büdcəsinin
xərclənməsi zamanı hesabatlılıq və şəffaflıq meyarlarının
gözlənilməsi və icra edilməsi, valideyn və icmanın məktəb
idarəçiliyinə yaxından cəlb edilməsi istiqamətində Şərqi və Mərkəzi
Avropa ölkələrinin təcrübəsi və aparılan islahatlar auditoriya ilə
paylaşılıb. O cümlədən, təlimlər video çarxlar, auditoriya ilə qrup
işləri, interaktiv müzakirələr ilə müşayiət olunub və auditoriya
tərəfindən maraqla qarşılanıb.