Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 12 185 ədəd avtomobil ixrac olunub.
Bu barədə Mövqe-nin yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik maşınlarının ümumi dəyəri 122,2 milyon ABŞ dolları təşkil edib.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 1 397 ədəd və yaxud 13% artıb.