Oğuzda 500 abonent yağışlara görə qazsız qalıb
Oğuz rayonunda güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşıb.
Azəriqazdan Trend-ə verilən məlumata görə, hadisə rayon mərkəzinin S.Vurğun küçəsində baş verib.
Bildirilir ki, qaz xəttləri yararsız hala düşüblər. Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.