Əlaqə Arxiv
news Image
2014.04.05
22:09
| A A A
Şahmat festivalının qalibləri mükafatlandırıldı (FOTO)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat festivalının qalibləri mükafatlandırılıblar. 

Aprelin 5-də Bakıdakı 18 nömrəli tam orta məktəbdə respublikanın ümumtəhsil məktəbləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat festivalına yekun vurulub.

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran və digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıblar.

Beş gün davam edən yarışda iştirak üçün, ümumilikdə, 66 şəhər və rayondan 396 məktəbli qeydiyyatdan keçmişdir. Onlardan 198 nəfəri qızlardır.

Yarış İsveçrə sistemi üzrə keçirilib. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub.

Festivalın qalibləri müəyyənləşdirilib və mükafatlandırılıblar.





Sizin Reklam Yeriniz