TQDK-dan unikal yenilik
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni
elektron xidmətləri "Elektron hökumət" portalına əlavə
olunub. "Ümumi təhsili həyata keçirən
təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun
qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların
TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları
internet vasitəsilə yoxlaması", "Vətəndaşların TQDK-nın
rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması" və
"Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə
verilməsi" xidmətləri portal üzərindən təqdim
olunacaq. Rabitə Nazirliyinin mətbuat
xidmətindən ANS PRESS-ə verilən məlumata görə. birinci xidmət əsas
və ya tam orta təhsil müəssisələrinin buraxılış siniflərində təhsil
alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün nəzərdə
tutulub. İkinci qeyd olunan xidmət
vasitəsilə vətəndaşların komissiya rəhbərliyinin və məsul
işçilərinin qəbuluna onlayn qeydiyyatının aparılması həyata
keçirilir. Sonuncu xidmət isə orta
təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil
müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə imtahan
buraxılış vərəqələrinin internet vasitəsilə onlayn rejimdə
verilməsini əhatə edir.