Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ciilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda geniş məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Ölkədə 6 ay ərzində ümumi daxili məhsul 1,5 %, qeyri-neft sektoru 11,3 % artmış, inflyasiya cəmi 2,2 %, əhalinin pul gəlirləri təxminən 14,2 % olmuşdur. Kənd təsərrüfatı 10,4 %, qeyri-neft sənayesi isə 8,3 % artmışdır. Ölkənin strateci valyuta ehtiyatları artaraq 44 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda
görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2012-ci ilin
altıayı ərzində
rayonun sənaye müəssisələri tərəfindən
istehlakçılara 12.709,9 milyon manatlıq sənaye məhsulu istehsal
edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən
310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon
manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 17,2 % çox
rabitə xidmətləri göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.420,0 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 % artmışdır.
İlin əvvəlindən əhaliyə 33,6 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 13,8 % çoxdur.
Səbail rayonunda çalışan işçilərin
sayı 98793
nəfər, orta aylıq əmək haqqının məbləği isə
938.2 manat
olmuşdur ki, bu da keçən illə müqayisədə 4.0 % çoxdur.
2012-ci ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 729 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə 2009-cu ilin yanvarından 2012-ci ilin iyul ayının 1-dək rayonda 6239 daimi iş yeri açılmışdır.
Cari ilin
əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin
inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam
etdirilmişdir. Bu ilin ikinsi rübü ərzində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonu
ərazisində "CW Mariott Abşeron" otelinin, İki dəfə Sovet İttifaqı
Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun,
"Hilton-Baku" otelinin qarşısındakı parkın, Dənizkənarı Milli
Parkın yeni tikilən hissəsinin, "Baku Kristall
Hall"ın, Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4
kilometrlik hissəsinin, Azneft döngəsində, Mikayıl Useynov
kuçəsində inşa olunmuş yeraltı piyada keçidinin, Dənizkənarı Milli
Parkda "Kiçik Venesiya şəhərciyi" adlanın ərazinin, Səadət
sarayının və Badamdar qəsəbəsində Heydər Əliyev parkının
açılış mərasimləri
keçirilmişdir.
Hazırda rayon ərazisində
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri"
kompleksinin, "Four
Seasons" mehmanxanasının, "İş Adamları
Mərkəzi"nin, MTN-nin yeni Hospitalının və Oksford
məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün
əlavə keçid korpusunun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr
Meydanında yerüstü qaracların tikintisi aparılır. Badamdar
qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının
sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın,
Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail
rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır.
Artıq "Yeni Bayıl" və "Bayraq
Meydanı" yarımstansiyaları istifadəyə verilmişdir.
Mikayıl Müşviq küçəsində Botanika bağının
hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni
istinad divarı çəkilmişdir.
20-ci yaşayış sahəsində "Bibiheybət"
stadionu əsaslı şəkildə yenidən qurulur,
Dövlət Filarmoniyasının binasındakı
təmir başa çatmış, Dövlət Musiqili
Komediya Teatrının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri
aparılır, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri
işçiləri üçün 146 mənzilli
yeni binanın inşası, mərkəzdə yaşayış
binalarının fasadlarının üzlənməsi və təmiri davam etdirilir.
Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma
işləri, Səbail rayonunun rəmzi
olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya
işləri aparılır.
May ayında Bakı şəhərində ilk dəfə olaraq 42
ölkənin təmsilçiləri və çoxsaylı qonaqların iştirakı ilə
"Avroviziya-2012" mahnı müsabiqəsi keçirilmişdir. Dövlət
rəhbərliyinin daimi diqqət mərkəzində olan bu müsabiqə çox böyk
müvəfəqiyyətlə başa çatmış, iştirakçı dövlətlərin nümayəndə
heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılmış
və bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da
artmasında bir vasitə olmuşdur. Şəhərin mərkəzi rayonu olaraq
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları,
rayonun təsərrüfat və digər xidmətlərinin işçiləri müsabiqənin
keçirilməsi dövründə xüsusi iş recimində çalışmış, həmin müddət
ərzində ərazinin təmizliyi və sanitariya qaydalarına riayət
olunması ciddi nəzarətdə saxlanılmışdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın
icrası böyük sürətlə davam etdirilmişdir. Artıq Proqramda Səbail
rayonu ilə bağlı nəzərdə tutulmuş bir çox bəndlər həyata
keçirilmiş, digərlərinin icrası ilə bağlı işlər
aparılır.
Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır ki, artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür.
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən
keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik
uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə
başlanmış, artıq burada xeyli iş görülmüşdür. Məktəb və uşaq
bağçasının açılışı cari ilin sentyabr ayında olacaqdır.
Dövlət Bayrağı Meydanı ətrafında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident cənab İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı "İntellekt" liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılmış və bu il mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanmışdır.
Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı
6 ай
ярзиндя районда 28.000 кв.м. республика, 49.500 кв.м. йерли
ящямиййятли йоллара асфалт чякилмишдир.
olan əlavə korpusun, həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi işləri başa çatmaq üzrədir. Eyni zamanda 49, 50 və 203 saylı orta məktəblərdə, 44 saylı uşaq bağçasında, 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm Əleyhinə dispanserdə, Bibiheybət Mədəniyyət evində əsaslı-təmir işləri aparılır. "Könül" körpələr evindəki əsaslı təmir başa çatmaq üzrədir.
Bu ilin yanvar ayında Səbail rayon İcra
Hakimiyyətinin həyətində də abadlıq aparılmış, həyətə 700 kv. metr
sahədə dekorativ plitə döşənmiş, divarlar və darvaza rənglənmiş,
binanın qarşısında yeni güllər əkilmişdir. "Abad həyət" layihəsi
əasında Badamdar qəsəbəsi S.İbrahmxədilov 1 ünvandakı həyət əsaslı
təmir olunmuş, burada sakinlərin istirahəti üçün hər cür şərait
yaradılmışdır. 6 ay ərzində rayondakı respublika və
yerli əhəmiyyətli yollara 147.500 kv.m. asfalt
çəkilmişdir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 11 binanın dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri görülmüşdür.
Səbail rayonunun
Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar
Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin
elektrik enercisi, təbii qaz, içməli su ilə təminatının
yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilmiş, bu
istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol
verilməmişdir.
2012-ci ilin ilk 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 424 ailə (1744 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 116,39 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu
Səbail rayon şöbəsində qeydiyyatda olan 13125 nəfər təqaüdçülərə
ilin 6 ayı ərzində 16.729.842,8 manat təqaüd və
müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol
verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 6 ay ərzində 473 nəfər daimi işlə təmin olunmuşdur, "Ərazi Məşğulluq Proqramı"na əsasən cari ilin birinci yarısı ərzində 60 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə "İngilis dili", 24 nəfər üçün "Ofisiant", 12 nəfər üçün "Katibə-referent" kursları açılmışdır.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2011-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmiş, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunmuşdur.
2 Fevral – Azərbaycan Gəncləri günü ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Səbailli 2 gəncə toy mərasimi keçirilmiş, 8 Mart Beynəlxalq Qadınlar günü təntənəli qeyd olunmuş, Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri çərçivəsində Almaniyalı ictimai xadim Rolf Kunşun ilk dəfə olaraq alman dilində yazdığı "Xocalı" kitabının təqdimat mərasimi keçirilmiş, rayonda məskunlaşmış Xocalıdan və Şuşa şəhərindən köçkün düşmüş ailələrin üzvləri, Çernobılçılarla, II Dünya Müharibəsi veteranları ilə görüşlər keçirilərək onlara yardımlar təqdim olunmuşdur.
Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil etmişlər. 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Sinema-klub"da "Xoca" filminə ictimai baxış keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi "Gül Bayramı" təşkil olunmuş, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. İyun ayında Azərbaycan Dövlət İqtisad Uniyersitetində rayondakı aztəminatlı ailələrdən olan 100 nəfər uşağq üçün pulsuz xarici dil və kompyuter kursları təşkil olunmuşdur.
Bayram tədbirləri Badamdar və Bibiheybət qəsəbələrində də keçirilmiş, bayramla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 7320 olmuşdur.
Toplantıda Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, Badamdar qəsəbə nümayəndəsi Natiq Bağırov çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.